Azərbaycan nefti ucuzlaşdı - 1 dollar

4-06-2015, 13:37
Oxunub: 614
“Brent” markalı neftin bir barelinin qiyməti 1,69 dollar azalaraq 63,80 dollar olub


Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,62 dollar ucuzlaşaraq 59,64 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 1,69 dollar azalaraq 63,80 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 1,04 dollar ucuzlaşaraq 64,86 dollar təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti