“AST Telman” 100 milyon dolları ödəməyə razı oldu, oteli satılmadı

3-06-2015, 17:04
Oxunub: 852
4 il ərzində hər il 25 milyon dollar ödəməklə borcunu tamamilə silmiş olacaq.


İş adamı Telman İsmayılov bu gün hərraca çıxarılacaq oteli “Mardan Palace”nin satışına mane olub.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı hərracın baş tutacağı Antalya bələdiyyəsi 4 saylı İcra Müdirliyinə müraciət edib və 100 milyon dollarlıq borcunu ödəyəcəyinə dair söz verib. Bununla da otelin satışı dayandırılıb.

Başqa sözlə desək, iş adamının borcuna görə oteli satışa çıxaran “Xalqbank” borcu geri alacaq.

T.İsmayılov söz verdiyi 100 milyon dolları 4 il ərzində hər il 25 milyon dollar ödəməklə borcunu tamamilə silmiş olacaq.

Qeyd edək ki, iş adamının oteli bu ilin mart ayında satışa çıxarılacağı elan olunmuşdu. Antalya bələdiyyəsi satışın iyunun 3-ü baş tutacağını bəyan etmişdi. Otel 2009-cu il, mayın 23-dən fəaliyyət göstərir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti