ABŞ səfiri "Bakı-2015"-dən danışdı: "Azərbaycan əla hazırlaşıb”

3-06-2015, 13:54
Oxunub: 708
"Biz ölkə olaraq idmana çox böyük önəm veririk."


“Azərbaycan ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Bakıda aparılan tikinti quruculuq işləri buna əyani sübutdur”.

ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, hər kəs şəhərdə Avropa Oyunları üçün geniş miqyaslı abadlıq quruculuq işləri aparıldığını görür. "Biz ölkə olaraq idmana çox böyük önəm veririk. Ona görə də, Azərbaycan oyunçuları da olmaqla, bu idman yarışında iştirak edəcək hər kəsə uğurlar arzulayıram".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti