Prezident İlham Əliyev polşalı rəsmiləri qəbul edib

2-06-2015, 16:47
Oxunub: 649
Əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa Hökuməti adından təbrik edib.


Prezident İlham Əliyev bu gün Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etatist.com-un AzərTac-a istinadən məlumatına görə, İlham Əliyev Yanuş Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirərək Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini deyib və  əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa Hökuməti adından təbrik edib.

Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti