AŞPA-nın Qarabağ üzrə məruzəçisi Türkiyə vətəndaşlığı aldı

2-06-2015, 16:42
Oxunub: 680
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın məruzəçisi Robert Valterə Türkiyə Cümhuriyyətinin vətəndaşlığını təsdiq edən sənədi təqdim edib.


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər və Demokratiya Komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Türkiyə vətəndaşı oldu.

Avropa.info xəbər verir ki, bir neçə gün bundan qabaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın məruzəçisi Robert Valterə Türkiyə Cümhuriyyətinin vətəndaşlığını təsdiq edən sənədi təqdim edib.

Rəsmi səfər çərçivəsində Londonda olan Mövlud Çavuşoğlu AŞPA-nın məruzəçisi və İngiltərənin sabiq millət vəkili Robert Valteri Türkiyə vətəndaşı olması münasibətilə təbrik edib və onun bu addımını böyük sevinclə qarşılayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti