Təmiz hava satılır - Fotolar

6-02-2013, 18:23
Oxunub: 1127


Çində qeyri-adi satış həyata keçirilməyə başlayıb. ANS PRESS-in Rusiya mətbutaına istinadən verdiyi məlumata görə, ekoloji vəziyyəti get-gedə çirklənən Pekində bir milyonçu yeni gəlir mənbəyi tapıb.

Son dövrlərdə bəzi Çin şəhərlərində hava o qədər çirklənib ki, dumanlı görüntü meydana çıxıb. Nəticədə bir çox insanda güclü başağrısı və tənəffüs sistemi ilə bağlı problem yaranıb. Belə vəziyyətdə, Çen Quanbyao adlı milyonçu dəmir bankalarda təmiz hava satışına başlayıb. Bir banka havanın qiyməti açıqlanmasa, əldə edilən gəlirin xeyriyyə məqsədilə istifadə ediləcəyi açıqlanıb. Amma onun ölümündən sonra.

Qeyd edək ki, adıçəkilən şəxsin 740 milyon dollar sərvəti var. O bu var-dövləti zibilin utilizasiyası sayəsində qazanıb.

Təmiz hava satılır - Fotolar

Təmiz hava satılır - Fotolar
Təmiz hava satılır - Fotolar
Təmiz hava satılır - Fotolar

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti