Zorakılıqa məruz qalan qadın özünü Xəzərə atdı

6-02-2013, 17:35
Oxunub: 3582


Bakı bulvarında daha bir intihara cəhd hadisəsi olub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynova Aynur Vaqif qızı özünü Dənizkənarı Milli Park ərazisində dənizə atıb. Parkdakı şəxslər qadını suda boğulmaqdan xilas ediblər. Kənara çıxarılan qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. A.Hüseynova bildirib ki, həyat yoldaşı işləmir və hər gün spirtli içki içir. Bu azmış kimi həyat yoldaşı 37 yaşlı qadını tez-tez döyüb, zorakılıq hərəkətləri edirmiş.


Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti