İlham Əliyev İraqın neft nazirini qəbul etdi

1-06-2015, 19:07
Oxunub: 623
Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəsinin Azərbaycan ilə dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti