"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

1-06-2015, 13:54
Oxunub: 3042
"Siz Azərbaycanın yetişdirdiyi, gənc işıqlı beyinlərisiniz, fəaliyyətinizi daha real əsaslar üzərində qurmalısınız"


Mayın 31-də Milli Fikir Mərkəzinin (MFM) təşkilatçılığı, MFM sədri Şəhriyar Məcidzadənin məruzəçiliyi ilə "Etatizmin respublika idealı" mövzusunda tədbir keçirilib.

Redaksiyamıza daxil olan müraciətləri nəzərə alaraq "Etatizmin respublika idealı" tədbirindən videonu təqdim edirik:



Etatist.com-un məlumatına görə, tədbirdə Etatizmin respublika dəyərlərinə baxışı, dövlət-vətəndaş münasibətləri və s. müzakirə olunub. Məruzəçi Şəhriyar Məcidzadə ilk öncə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı məlumat verib:

"Azərbaycan müxtəlif dövrlərdə - bəlli bir tarix sürəcində tam Azərbaycan dövləti kimi mövcud olub. Bölgəmizdə mövcud olan dövlətlərin demək olar ki, hamısını bizim toplumumuzun qurmuş olmasına baxmayaraq, özünəməxsus mədəniyyətlə formalaşan və dövlətçilik prosesini davam etdirən çox qısa dövr olub. Mən Azərbaycan dövlətçilik tairixini 38-40 illik ara kimi görürəm ki, bu 38-40 il ərzində öz dilimiz dövlət dilimiz olub, öz xalqımız öz milli müqəddəratını təyin etmək iradəsi daşıyıb".


Daha sonra MFM sədri bildirib ki, Fransa Burjua İnqilabından sonra Azərbaycanda birinci intibah dövrü başlayıb:

"Görmək istədiyimiz dövlət modeli aydınlarımız tərəfindən birmənalı olaraq müəyyən olunmamış xəttə dayanmışdı. Məsələn, Fransa Burjua İnqilabından sonra bizim coğrafiyamızda intibah dövrü başlayır. Dinin nəzarətindən azad, bir qədər də daha irəli fikirli olan ideyalar ortaya atılır. Bu, bizim tariximizin birinci dönüş nöqtəsidir.

İkinci dövr isə Birinci Dünya Müharibəsindən sonra başladı".

Ş.Məcidzadə qeyd edib ki, Azərbaycan gəncinin zehnində dövlət əsas amil kimi yer tutmalıdır:

"İndi isə bir axrın yaratmağa çalışırıq. Bu, çox çətindir, ağırdır. Biz istəyirik ki, dövlət Azərbaycan gəncinin zehniyyətində tərkib hissəsi kimi yox, əsas amil olsun. Biz istəyirik ki, Azərbaycan gənci dövlətin modernləşməsində birbaşa rol oynasın. Sizin taleyiniz, müşahidə etdiklərinizlə qurulmamalıdır, özünüz öz taleyinizin idarə olunmasında birbaşa təşəbbüs göstərməlisiniz və oynamalısınız. Bu isə dövlətsiz mümkün deyil".

"Bizim qüvvəmizi öz ölkəmizə qarşı istifadə etməyə başlayırlar..."

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

Şəhriyar Məcidzadə bizim xalq olaraq sahib olduğumuzun fərqində olmadığımızı dedi:


"Dünyada çox saylı xalqların say amili ilə dövlət qurması anlayışı yoxdur, coğrafi amillə dövlət qurmaq anlayışı da yoxdur. Dövlət sadəcə iki amillə qurulur: Tarixi şərait və xalqın iradəsi ilə...

Biz indi sahib olduğumuz dövlətin mahiyyətinə varmırıq. Biz varmadıqca Azərbaycanı təhdid altında saxlaya biləcək qüvvələr ortaya çıxır, bizim qüvvəmizi öz ölkəmizə qarşı istifadə etməyə başlayırlar...

Biz addım-addım işğal edildiyimizin fərqində deyilik. İşğal yalnız ordu yeridib əraziləri tutmaq, iqtisadiyyatı inhisara almaq deyil. İşğalın bir növü də vətəndaşı özünü müdafiə etmək istəyindən məhrum etməkdir".

"Siz, uğurlu həyat yaşamağa məcbursunuz"

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

Etatizm ideologiyasının vacibliyindən danışan Ş.Məcidzadə əlavə edib ki, bizi bir-birimizdən ayıra bilməmələri üçün yeganə sarıla biləcəyimiz ideya Etatizmdir:


"Bizə bir ideologiya lazım idi, elə bir ideologiya ki, bizi bölməkdən daha çox birləşdirsin, kütləni xalqa çevirsin. Bizi bir-birimizdən ayrıa bilməmələri üçün yeganə sarıla biləcəyimiz ideya Etatizmdir. Çünki, yalnız dövlət milli, dini, irqi ayrıseçkilik etmədən, sahib olmalı olduğumuz haqları və hüquqları bizə verməyə qadirdir. Siz Azərbaycanın yetişdirdiyi, gənc işıqlı beyinlərisiniz, fəaliyyətinizi daha real əsaslar üzərində qurmalısınız. Siz, uğurlu həyat yaşamağa məcbursunuz, yaşamalısınız".

Sonra MFM sədri dövlətin insanın azad düşüncəsi ilə qurduğu ən mükəmməl sistem olduğunu bildirdi:

"Dövlət insanın azad düşüncəsi ilə yaratdığı ən mükəmməl sistemdir. İnsan Tanrını düşünüb ki, dövləti yaradıb. Dövlət Tanrıdır... Yəqin ki, hamınız Tanrıdan nəsə istəmisiniz. Dövlət Tanrıdan fərqli olaraq onu sənə verib-verməyəcəyinin cavabını verir. Dövləti sevin, amma sevgi xatirinə yox. Dövlətin sevməyin qaydası onu anlamaqdır. Anlamadığın bir şeyin sevgisi səni güclü eləməz, tükədər. Sənsə dövlət üçün yaşamalısan. Tanrı Azərbaycanı qorusun".

Sonda tədbirdə iştirak edən gənclər öz fikirlərini dedilər və Şəhriyar Məcidzadəyə suallarını ünvanladılar.

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib

"Biz addım-addım işğal edildiyimizin fərqində deyilik"- Video/Yenilənib


Kamran Həsənli
Etatist.com
Şərhlər : 2 Şərh yaz
Kamil 2 iyun 2015 19:50  

Size heqiqeten de halal olsun!

anonim 5 iyun 2015 15:42  

sadece desteklemek lazimidir 

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti