Prezident Türkiyədə istirahət edəcək

1-06-2015, 11:31
Oxunub: 367
İki il bundan əvvəl prezident həkimlərin məsləhəti ilə Ankarada “Gülhanə” hərbi-tibbi akademiyasında tibbi yoxlanışdan keçib.


Qırğızıstan prezidenti Almazbek Atambayev məzuniyyətə çıxıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəsmisi bildirib.

“Bu gün Almazbek Atambayev qısamüddətli məzuniyyətə çıxıb. O, bu məzuniyyətin bir hissəsini Türkiyədə, ailəsi ilə birgə keçirəcək”, - deyə mətbuat xidmətinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən illərdə Atambayev dəfələrlə Türkiyədə istirahətə və müalicəyə gedib. İki il bundan əvvəl prezident həkimlərin məsləhəti ilə Ankarada “Gülhanə” hərbi-tibbi akademiyasında tibbi yoxlanışdan keçib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti