Binanın üzlüyü sökülərkən bir nəfər ağır yaralanıb

1-06-2015, 11:26
Oxunub: 815
Hadisə paytaxtın Binəqədi rayon ərazisində baş verib.


Bakı şəhərində binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində, Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Binanın üzlüyü sökülərkən həyətdən keçən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamil İlyas oğlu Nəhmədovun başına dəmir parçası düşüb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti