Azərbaycanda botnetə yoluxmuş kompüter şəbəkəsi aşkarlandı

1-06-2015, 11:07
Oxunub: 785
Tədarükçülər mütəmadi olaraq zərərli proqram təminatı ilə yoluxmuş IP ünvanlar barədə məlumatlandırılır.


Azərbaycanda botnetə yoluxmuş xeyli sayda kompüter aşkarlanıb.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi botnetlə mübarizə aparmaq üçün internet xidmətlərinin tədarükçüləri ilə əməkdaşlığı fəallaşdırıb.

Tədarükçülər mütəmadi olaraq zərərli proqram təminatı ilə yoluxmuş IP ünvanlar barədə məlumatlandırılır.

Kibercinayətkarlar kompüterlərin müdafiə sistemindən yan keçmək, onlar üzərində nəzarəti ələ keçirmək və vahid şəbəkədə (botnet) birləşdirmək üçün troyan proqramından istifadə edirlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti