Daha bir şəhidimiz dəfn edildi

6-02-2013, 15:35
Oxunub: 1844


Azərbaycan Ordusunun şəhid olmuş zabiti dəfn edilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gün Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan leytenant Turan Nadir oğlu Əsgərov bu gün doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Mərhumun dəfn mərasiminə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Müdafiə Nazirliyinin hərbçiləri və rayon ictimaiyyətinin nümayəndələri qatılıb.
 
Qeyd edək ki, ötən gün cəbhənin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu və leytenant Turan Nadir oğlu Əsgərov düşmən gülləsinə tuş gəliblər. Onların hər ikisi aldığı güllə yarasından şəhid olublar.
 
Allah rəhmət eləsin!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti