"Gəzi" hadisələrinin ildönümü: "Taksim"ə gedən yollar bağlandı

31-05-2015, 13:05
Oxunub: 662
“Taksim”ə gedən yollar günboyu bağlı olacaq


Türkiyədə baş verən “Gəzi hadisələri”nin ikinci ildönümü səbəbi ilə bu gün İstanbulun “Taksim” meydanına gedən bütün yollar bağlanıb.

Musavat.com-un məlumatına görə, səhər saatlarında metroya minmək istəyən vətəndaşlar “Taksim”dəki metronun qarşısından geri qaytarılıblar. İstanbul polis idarəsindən vətəndaşlara xəbərdarlıq edilərək bildirilib ki, “Taksim”ə gedən yollar günboyu bağlı olacaq. Əvəzində vətəndaşlara alternativ yollar təklif olunub.

Qeyd edək ki, 2013-cü il mayın 31-də vətəndaşlar “Gəzi” parkında kəsilən ağaclara etiraz etmək üçün mitinq keçirmişdilər. İstanbulun “Taksim” meydanında başlayan mitinq bütün bölgələrə sıçramışdı. Həftələrlə davam edən mitinqə milyonlarla etirazçı qoşulmuşdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti