Azərbaycanda gənclərlə bağlı yeni təkliflər...

31-05-2015, 13:00
Oxunub: 463
Kompüter oyunları və mobil proqramların hazırlanması və bir sıra digər təkliflər irəli sürülüb


“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərlə bağlı bir sıra yeni təkliflər irəli sürülüb.

Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülən təkliflər içərisində istedadlı və yaradıcı gənclərin əsərlərindən ibarət Bədii Yaradıcılıq Fondunun yaradılması, gənc rejissor, rəssam, sənətkar və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq səyyar sərgi və kino nümayişlərinin təşkili, yerli və beynəlxalq elmi-praktik konfrans, forum, seminar və digər tədbirlərin keçirilməsi, yeniyetmə və gənclərin elmi-texniki yaradıcılıq festivalının təşkili yer alıb.

Bundan əlavə, gənclərlə bağlı müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı, Azərbaycan tarixi və mədəniyyətini əks etdirən kompüter oyunları və mobil proqramların hazırlanması və bir sıra digər təkliflər irəli sürülüb.
Trend
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti