ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

29-05-2015, 20:33
Oxunub: 631
Kreml ilə müzakirələr yalnız Minsk razılaşmasının icrası ilə bağlı aparılır.


Riçard Stenqel: "Rusiyaya qarşı sanksiyaların yumşaldılması nəzərdə tutulmur"

"Hazırda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını planlaşdırılmır və bu barədə müzakirə belə aparılmır".

Bunu ABŞ-ın dövlət katibinin diplomatiya və ictimaiyyətlə əlaqələr üzrə müavini Riçard Stenqel bildirib.

O deyib ki, indi sanksiyaların yumşalması haqqında müzakirələr aparılmır. Kreml ilə müzakirələr yalnız Minsk razılaşmasının icrası ilə bağlı aparılır. Sanksiyalar barədə danışıqlar yalnız bundan sonra gedə bilər.

Onun sözlərinə görə, ABŞ Kremlə heç vaxt güzəştə getməyəcək: "Əgər Minsk razılaşmasının şərtləri yerinə yetirilməsə, məhdudlaşdırıcı ölçülərin götürülməsi kəskinləşməsi gündəmə gələcək və bu, daha ağir və çətinb vəziyyətin yaranmasına səbəb olacaq". (Ans)
Şərhlər : 1 Şərh yaz
Qember 30 may 2015 00:47  

Rusiyaya nolsa azdi vallah

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti