İlham Əliyev Nepalın dövlət başçısını təbrik etdi

29-05-2015, 20:25
Oxunub: 837
"Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm".


İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavı Respublika günü münasibətilə ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti