Serbiya xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

29-05-2015, 20:21
Oxunub: 630
İvica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.


Mayın 31-də ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvica Dacic Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində İvica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra iyunun 1-də Xarici İşlər Nazirliyində KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriləcək. 

Səfər iyunun 1-də başa çatacaq. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti