Milli Şuranın mitinqini təşkil edənlər polisə çağırıldı

27-05-2015, 12:06
Oxunub: 713
O, çağırışın mayın 30-da saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib


Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, mayın 29-da saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar.

O, çağırışın mayın 30-da saat 15:00-da keçiriləcək mitinqlə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Milli Şuranın mitinqi Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçiriləcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti