`Əmlakları müsadirə olunacaq` - Heydər Əsədov

27-05-2015, 10:43
Oxunub: 621
"Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur."


Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə torpaq sahibi cəzalandırılacaq.

Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir.

AzVision.az xəbər verir ki, bunu "Report"a kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

"Bir ildən sonra istifadə edilməyən yararlı kənd təsərrüfatı torpaqlarına cərimələrin tətbiqi nəzərdə tutulur. Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Bu, Avropa ölkələrində olan bir qaydadır. Biz da hökumətə bununla bağlı təklif vermişik. Təkliflərimiz qəbul edilərsə, onun tətbiqi həyata keçiriləcək", - deyə H.Əsədov qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti