"Azərbaycan İsraili strateji tərəfdaşı hesab edir" - Əli Həsənov

27-05-2015, 10:34
Oxunub: 901
"Azərbaycan digər ölkələrlə münasibətləri öz maraqlarına uyğun qurur"


"Azərbaycan İsraili müttəfiqi və strateji tərəfdaşı hesab edir".

"Report" İsrailin "Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailə səfərinin yekunlarını şərh edərkən deyib. Səfər çərçivəsində o, Azərbaycandan bu ölkəyə köçən böyük yəhudi icmasının yaşadığı Akko şəhərinin meri Şimon Lankri ilə də görüşüb.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan və İsrail arasındakı münasibətlər bundan sonra da inkişaf edərək çiçəklənməyə davam edəcək. O, həmçinin əlavə edib ki, İsrail həm də Yaxın Şərqdə mühüm dövlət olduğuna və özünün inkişaf etmiş texnologiyalarına görə Azərbaycan üçün vacib ölkədir.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan digər ölkələrlə münasibətləri öz maraqlarına uyğun qurur.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti