Rəsulzadənin üç dildə “Biblioqrafiya”sı nəşr edilib

26-05-2015, 16:02
Oxunub: 560
M.Ə.Rəsulzadənin üç dildə (Azərbaycan,Türkiyə türkçəsi və rus) “Biblioqrafiyası” nəşr edilib


Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 97-ci ildönümü ərəfəsində Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin üç dildə (Azərbaycan,Türkiyə türkçəsi və rus) “Biblioqrafiyası” nəşr edilib.

Biblioqrafiyanı nəşrə hazırlayan, redaktoru və giriş məqalənin müəllifi, tarix elmləri doktoru, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri Nəsiman Yaqubludur. Kitabın nəşri ilə bağlı N.Yaqublu deyib:
"Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadənin üç dildə “Biblioqrafiyası”nın nəşri XX əsr tariximizin öyrənilməsinə ciddi töhfədir.Qeyd edim ki, bundan əvvəl mənim Azərbaycan və rus dillərində “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitablarım nəşr edilmişdi.Hazırda həmin ensiklopediya Türkiyədə nəşr edilib və Mayın 28-də Ankarada böyük təqdimat mərasimi olacaq.Çalışacağam ki, bu ensiklopediya və “Biblioqrafiya”nı ingilis dilində də nəşr etdirim və geniş oxucu auditoriyasına çatdırım.Nəşr edilən “Biblioqrafiya”da M.Ə.Rəsulzadənin 1179 (min yüz yetmiş doqquz) əsərinin siyahısı verilib.Sağlığında O müxtəlif dillərdə və ayrı-ayrı ölkələrdə 27 kitab nəşr etdirib.Uzun illər boyu Avropa dövlətlərinin kitabxanalarında geniş oxucu kütləsi məhz M.Ə.Rəsulzadənin kitablarından və məqalələrindən faydalanıb. Qafqaz,Sovetlər Birliyi,Azərbaycan mövzularını onun əsərlərinə istinad edib araşdırıblar.Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu kitabların və yazıların böyük əhəmiyyəti olub və bu gün də vardır.
Təəsüflə qeyd edirəm ki,bu işlərin görülməsində ciddi maddi sıxıntılarımız və problemlərimiz var.Doğrudur bu işə dəstək verən vicdanlı insanlarımız az da olsa tapılır. Əksər hallarda isə bu vacib araşdırmaların aparılmasına özümün çox da olmayan məvacibimi sərf etmək məcburiyyətində qalıram.Bəzi hallarda isə onun mühacirətdəki əsərlərini toplamaq üçün yaşadığı Avropa ölkələrinə getməklə bağlı xarici ölkə səfirliklərinə müraciət etmək zərurəti ortalığa çıxır.İnanıram ki,çox geniş sahələrə maddi vəsait ayıran Azərbaycanda bu dövlətin qurucusunun irsinin toplanılıb nəşr edilməsinə lazımi şərait yaradılacaq.Və nəhayət ki,M.Ə.Rəsulzadə irsinin yaşadılması ilə birbaşa məşğul olan bizim “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi” rəsmi qeydiyyata alınacaq,onun fəaliyyətinə dövlət dəstəyi olacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti