Ermənistanda partlayış: yaralılar var

26-05-2015, 15:53
Oxunub: 646
Partlayış nəticəsində azı 3 nəfər yaralanıb.


Ermənistanda yanacaq doldurma məntəqəsində partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Armavir vilayətinin Zvartnos kəndində qeydə alınıb. Partlayış nəticəsində azı 3 nəfər yaralanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb kompressor stansiyası olub. Nəticədə "Volkswagen" markalı maşın partlayıb. Araşdırmalar zamanı məlum olub ki, partlayan maşın Ermənistan parlamentinin sabiq deputat Akop Akopyanın qohumuna məxsus olub. Partlayış zamanı Akopyanın oğulu və qardaşı da yaralanıb.

Bəzi məlumatlara görə, stansiya Akopyana məxsusdur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaralılar isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti