Azərbaycan səhəri 4,7 ballıq zəlzələ ilə açdı

26-05-2015, 10:37
Oxunub: 545
Təkanlar yerli vaxtla saat 06.20-də Goranboyda qeydə alınıb.


Azərbaycanda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 06.20-də Goranboyda qeydə alınıb. Təkanlar yerin 32 km dərinliyində, 4,7 bal gücündə qeydə alınıb. Zəlzələ Gəncə, Mingəçevir və Şəkidə də hiss olunub.
Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Mayın 19-da ə 3.2 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 45 km dərinliyində qeydə alınmışdı (ANS PRESS).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti