“Qırmızı körpü”də 194 min saxta dolları olan şəxs tutuldu

26-05-2015, 10:29
Oxunub: 734
Saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib.


Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qonşu ölkə vətəndaşının üzərindən 194,4 min saxta ABŞ dolları götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib. İstintaq sirri olduğu üçün saxlanılan şəxsin kimliyi açıqlanmır.
Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanıb.
Əməlləri sübuta yetirilərsə, həmin şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

virtualaz.org
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti