Serj Sakisyan Türkiyədən danışdı

6-02-2013, 10:53
Oxunub: 3926


"Türkiyə Ermənistanın blokadasını davam edərək regional lider mövqeyindən çıxış etməyə çalışır. Bu qəbuledilməzdir”. APA-nın "News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanda prezident seçkilərinə namizəd, hazırki ölkə başçısı Serj Sarqsyan İrəvanda seçicilərlə görüşdə bəyan edib.

Onun sözlərinə görə, "Türkiyə hakimiyyəti tarixi təhrif edərək Türkiyə xalqına öz tarixi ilə üzləşməyinə imkan vermir”. Serj Sarqsyan qeyd edib ki, Ermənistan "erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması istiqamətində səylərini bundan sonra da davam edəcək. "Türkiyənin "erməni soyqırımı”nı tanıması məsələsi Ermənistanın təhlükəsizliyi məsələsi deməkdir”, deyə Sarqsyan bəyan edib. O ki qaldı, ABŞ prezidentinin "soyqırım” terminini ifadə etməməsi məsələsinə, Sarqsyan xatırladıb ki, Obama artıq "yegern” sözünü ifadə edib. "Bu sözün isə mənası "soyqırım” və "qətliam” deməkdir”, deyə Ermənistan prezidenti seçiciləri inandırmağa çalışıb. 

"Düşünürəm ki, Obama hətta "soyqırım" sözünü ifadə etsə belə, yenə də kimlərsə narazı qalacaq", deyə Serj Sarqsyan bildirib.
Şərhlər : 2 Şərh yaz
Cherie 22 fevral 2013 14:17  
Ele dediyini deyir. Türkler bunlara qarşı barışıq addımı atır, bu da ele eqrebliyini sübut elemelidir
Tata 30 iyun 2014 14:37  
Dəyməyin "kişi" böyük ermənistan yaradır. ты вор, ты раб, ты арменин.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti