Gənc rejissor: "İndiki "bozbaş" filmlərə baxanda..."

25-05-2015, 11:33
Oxunub: 3880
"İstedadlar var ki, heç kimin xəbəri olmadan batır"


Gənc olmasına baxmayaraq çəkdiyi filmlər və reklamlar ölkədə böyük səs gətirdi. O, hətta bəzi filmləri maddi problemlər ucbatından ərsəyə gətirə bilməyib. Deyir ki, ən böyük hədəfim Azərbaycanda çəkdiyi filmin premyerasını xarici ölkədə keçirməkdi ki, orda bu filin Azərbaycan filmi olduğuna inanmasınlar.

 

Biz də Etatist.com olaraq hər zaman gənclərə dəstək veririk. Müsahibimizin də dediyi kimi isdedadların batmaması, ortaya çıxması üçün hər birimiz onlara dəstək olmalıyıq.

Etatist.com-un bu dəfəki müsahibi gənc rejissor Cabbarov Rəvandır. Onun müsahibəsini təqdim edirik:


- Əvvəlcə sizi tanıyaq...
- Mən Cabbarov Rəvan Elşad oğlu 1989-cu ildə Şəki şəhərində anadan olmuşam. 2006-cı ildə AZMİU-in Nəqliyyat fakültəsini bitirmişəm. Hal-hazırda Region televiziyası olan Kanal S də baş rejissor və VFX qrafist işləyirəm.

- Sahəniz üzrə təhsil almamısınız...
- Sahəm üzrə belə təhsil almamışam. Sadəcə daxili həvəs və yaradıcılıq bu işimə təkan verib.

 

"Bizdə buna qiymət verən yoxdur..."


- Çəkdiyiniz filmlərə necə reaksiya gözləyirdiniz? Münasibət gözlədiyiniz kimi oldu?
- Çəkdiyim nəinki film hətta adi bir reklam belə tamaşaçı üçün fərqli bir iş kimi qarşılanır adətən... İşlərim olur ki, qarşı tərəfi inandırmaqda çətinlik çəkirəm ki, bunu mən etmişəm. 10 nəfər insan baxırsa onlardan 8-i inanmır ki, bu, bizimkilərin işi ola bilər. Ümumiyyətlə cəmiyyətdən gözlədiyimdən də artıq reaksiya görürəm. Amma təəssüflər olsun ki, bizdə buna qiymət verən yoxdur...

- Filmlərin tam çəkilişini başa vurmaq üçün hər-hansısa quruma müraciət edib kömək istəmisiniz?
- Filmin tam çəkilməsi üçün bir neçə yerə müraciət olunub, amma bir nəticə çıxmayıb. Axırda öz filmimin sponsoru özüm olacam (gülür- red.).

Gənc rejissor: "İndiki "bozbaş" filmlərə baxanda..."

- Filmləriniz sizi az-çox ölkədə tanıtdı. Bu həyatınızda nəyisə dəyişdi?

- Təbii ki, bu mənim üçün bəs deyil. İstəyim Azərbaycanda da xariclə eyni səviyyədə filmlərin çəkilə biləcəyini sübut etməkdir. Maddi dəstək olsa...

- Tanınmış sənət adamlarından nə reaksiya gəldi filmlərinizə?
- Mən filmin ilk "trailer"ini paylaşanda sənət adamlarından bir çoxu qürurla paylaşmışdılar ki, "şükür, bizimkilərdən də belə yaxşı işlər çıxarmış". Təbii ki, paxıllar həmişə sadəcə kənardan izləyir.

- Ən böyük hədəfiniz nədir?
- Ən boyük hədəfim Azərbaycanda çəkdiyim filmin premyerasını xarici ölkədə keçirməkdir ki, orda da bu filmin Azərbaycan filmi olduğuna inanmasınlar.

- Azərbaycanda film sektoru yox vəziyyətindədir. Sizcə Azərbaycan filminin inkişaf etməsi üçün nə lazımdır?
- İlk növbədə yaxşı maddi dəstək və yaradıcı insanlar... Hər kəs öz işinin professionalı olmalıdır.

- Mədəniyyət və İncəsənət Universiteti peşəkar kadrlar yetişdirə bilir?
- Adına görə hər-halda. Amma istedadlar var ki, heç kimin xəbəri olmadan batır.

- Deyirlər Sovet dövründə çəkilən filmlər daha yaxşıdır. Sizcə bu deyim doğrudur?
- Əlbəttə... İndiki "bozbaş" filmlərə baxanda həm aktyor, aktrisa seçimində yaxşıdır, həm də rejissor nizamından...

Etatist.com
Fariz Əkbərov
Şərhlər : 1 Şərh yaz
Samir 25 may 2015 13:24  

Bu kanal di?

https://www.youtube.com/user/RECRevan

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti