Con Kerri: “ABŞ Gürcüstanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir...”

23-05-2015, 13:37
Oxunub: 1191
"Ölkənin Avropa Birliyi ilə assosiasiya sazişinin reallaşmasına yardımçı olmaq əzmindəyik”


ABŞ-ın dövlət katibi Con Kerri Gürcüstanın NATO-ya üzvlüyü yolunda irəliləməkdə rəsmi Tiflisə ölkəsinin kömək edəcəyini bildirib.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, Kerri deyib: “Biz Gürcüstanın Avroatlantik səylərini qəti şəkildə müdafiə elədiyini”.

“Biz həmçinin, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Eyni zamanda ölkənin Avropa Birliyi ilə assosiasiya sazişinin reallaşmasına yardımçı olmaq əzmindəyik” – deyib dövlət katibi.

Kerri habelə gürcü xalqına müraciətlə onu 26 may Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, ABŞ Gürcüstanın tərəfdaşlığını yüksək qiymətləndirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti