"İlham Əliyevlə eyni fikirdəyik" -Donald Tusk

23-05-2015, 12:35
Oxunub: 371
"Şübhəm yoxdur ki, Azərbaycan əməkdaşlığı davam etdirəcək və hətta Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək əzmindədir."


Avropa Şurasının başçısı Donald Tusk Azərbaycan prezidenti İlham Əliyev ilə telefon söhbətində "Şərq Tərəfdaşlığı"nın yeni vasitələrinə ehtiyac məsələlərini müzakirə etdiyini bildirib.

O, Riqa sammitinin nəticəsinə dair keçirdiyi mətbuat konfransında belə deyib. "Biz tamamilə eyni fikirdəyik. Həqiqətən də bizə, Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı"na yeni alətlər lazımdır. Bu, prezident Əliyevlə bizim söhbətimizin əsas mövzusu idi və faktiki olaraq söhbətimiz bəyannamə barədə deyildi".

Onun sözlərinə görə, Azərbaycan və Belarus da daxil olmaqla ümumi bəyannamə var: "Müzakirə fərqləndirməni əks etdirən yeni vasitə və yanaşma barədə idi. Şübhəm yoxdur ki, Azərbaycan əməkdaşlığı davam etdirəcək və hətta Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək əzmindədir. Bu ola bilsin ki, prezident İİlham Əliyevin ən aydın mesajı idi.”

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus daxildir. Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə asosasiya sazişi imzalayıblar.
(Ans)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti