İkimərtəbəli evdə partlayış -xəsarət alan var

23-05-2015, 12:11
Oxunub: 397
Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb


Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Etatist.com FHN-in saytına istinadən xəbər verir ki, partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti