Bakının bir neçə küçəsində hərəkət dayandı

21-05-2015, 12:34
Oxunub: 283
Göstərilən müddət ərzində alternativ yollardan istifadə etmək tövsiyə olunur.


Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında qismən nəqliyyat vasitələrinin hərəkəti bir neçə saatlıq məhdudlaşdırılır.

Virtualaz.org “Azəryolservis” ASC-yə istinadən bildirir ki, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən saat 11:00-dan axşam saat 17:00-dək tətbiq edilir. Tərtib olunmuş qrafikə əsasən, Biləcəri qəsəbəsinin Natavan, Ordubadi, Ə.Qasımov və Y.Hüseynov küçələrində saat 11:30-da, Böyükşor yol qovşağında yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 12:00-da başlanılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Göstərilən müddət ərzində alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti