İŞİD müsəlman jurnalisti edam etdi

20-05-2015, 12:54
Oxunub: 781
Terrorçuların Mosul şəhərində öldürdükləri İraq telejurnalistikasının veteranı Firas əl – Bahridir.


İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları onlara sədaqət andı içməkdən imtina edən jurnalisti edam ediblər.

“Press TV”-nin məlumatına əsasən, terrorçuların Mosul şəhərində öldürdükləri İraq telejurnalistikasının veteranı Firas əl – Bahridir.

“İslamçılar jurnalistdən terrorçulara sədaqət andı içməyi tələb edib, lakin o imtina edib və yaraqlılar onu öldürüblər”, - deyə Kürdüstan jurnalistlər birliyinin rəhbəri Əkrəm Süleyman bildirib.

Terrorçular əl-Bahrini üç həftəyə yaxın girovluqda saxlayıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti