Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub

20-05-2015, 10:07
Oxunub: 258
Səfirliyə maddi zərər dəyib.


Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə iki minaatan mərmisi düşüb, insident nəticəsində xəsarət alan olmayıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə səfirliyin mətbuat katibi Asiya Turuçiyeva bildirib.

“Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə iki minaatan mərmisi düşüb. Onlardan biri əsas girişin qarşısında partlayıb, digəri isə inzibati binaya tuş gəlib. Səfirliyə maddi zərər dəyib. İnsident nahar zamanı baş verdiyindən xəsarət alan olmayıb”, deyə Turuçiyeva bildirib.

Onun sözlərinə görə, Suriya tərəfi baş vermiş hadisəyə dərhal reaksiya verərək, səfirliyin təhlükəsizliyinin təmin olunması istiqamətində lazımi tədbirlərin görüləcəyini vəd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti