Bir neçə rayonda qaz olmayacaq

20-05-2015, 10:03
Oxunub: 1002
Səbəb yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılmasıdir.


Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan 18:00-dək Nərimanov rayonunun bir hissəsinə, Xətai rayonunun Məhəmməd Hadi və ona paralel küçələrin bir hissəsinə, Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinə və Xəzər rayonunun Xaşa-Xuna bağ massivinə, Qala qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti