Vərəq paylayan gənclər həbs edildi - Yenilənib

5-02-2013, 17:25
Oxunub: 1337


"Dalğa” GH üzvləri üzərində bu yazı olan vərəqələri gənclərə payladığı üçün polis tərəfindən saxlanılıb.

  

Etatist.com-un məlumatına görə, "Dalğaçı”lar bu gün şəhərdə Kitabların təbliği ilə bağlı maarifləndirici flashmob keçirirkən polislər tərəfindən saxlanılıblar. Daha sonra həbs edilərək, 9-cu polis bölməsinə aparılıblar. Saxlanılanlar arasında qurumun sədr əvəzi Saleh Mehdizadə, üzvlər Kamran Həsənzadə və Fərid Eyyubovun olduğu bildirilir.

***

Az öncə "Dalğa" Gənclər Hərəkatından daxili olan məlumata görə, 9-cu bölmədə saxlanılan dalğaçılar sərbəst buraxılıblar. 

  

"Dalğaçı”ların şəhərdə payladıqları vərəqələrdə bu kitabları oxumaq təbliğ edilirdi:
Teyyub Qurban - Dönməzlik
Qurban Səid - Əli və Nino
Ağalar Məmmədov – Aşma
Mirzə Ələkbər Sabir- Hop - hop - namə
Cəlil Məmmədquluzadə – Hekayələr toplusu
Mirzə Fətəli Axundov - Kəmalüddövlə məktubları
Hikmət Hacızadə - Demokratiya: gediləsi uzun bir yol
Corc Oruell – 1984 və Heyvanıstan
F.M Dostoyevski - Karamazov qardaşları
Milan Kundera - Var olmağın dözülməz xəfifliyi
İvan Turgenev - Atalar və oğullar
Con Steynbek - Siçanlar və İnsanlar
Cek London – Martin İden
Con Stüart Mill - Azadlıq haqqında
Jan Jak Russo - Etiraflar
Jan Pol Sartr - Varlıq və Heçlik
Herman Hesse - Yalquzaq
Mixail Şoloxov - Sakit Don
Fridrix Nitşe - Zərdüşt belə buyurdu
Migel De Servantes - Don Kixot
Ezel Lilian Voyniç - Ovod 1, Ovod 2.
Vaslav Havel – Gücsüzlərin gücü
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti