Aİ ilə Azərbaycan arasında sənəd imzalanmayacaq

19-05-2015, 15:42
Oxunub: 727
"Bu proses başa çatandan sonra detalları açıqlamaq olar”


“Riqa sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında heç bir sənədin imzalanması nəzərdə tutulmayıb”.

Bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, sonda sammitin yekunlarına dair Bəyannamə qəbul ediləcəyini söyləyib: “Bəyannamə üzrə müzakirələr gedir. Azərbaycanın Riqa sammitindən gözləntiləri var. Hələlik danışıqlar aparılır. Bu proses başa çatandan sonra detalları açıqlamaq olar”.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı məsələyə də münasibət bildirən nazir müavini qeyd edib ki, bununla bağlı suallar və təkliflər gəlib, hazırda bu məsələyə baxılır.

Qeyd edək ki, mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının zirvə toplantısı keçiriləcək. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti