`Yanğına görə məsuliyyət daşımırıq` - İcra hakimiyyəti

19-05-2015, 15:38
Oxunub: 1442
"Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”


Binəqədi rayon İcra Hakmiyyəti baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb.

İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov AzVision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür.

“Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.

Qeyd edək ki, yanğın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verib. Hazırki məlumata görə, hadisə nəticəsində 15 nəfər ölü, 61 nəfər isə yaralanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti