Baş prokuror yanğının səbəbini və ölənlərin sayını açıqladı

19-05-2015, 13:33
Oxunub: 618
Bu hərəkətə lazımi qiymət veriləcək


FHN, DİN və Baş Prokurorluq birgə istintaq qrupu yaratdı.

“İlkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”.

Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.

Z.Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb. Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti