Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası başlayır

19-05-2015, 10:36
Oxunub: 455
Ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.


Bu gün Brüsseldə Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyası keçiriləcək.

"Report"un məlumatına görə, "Avropa demokratik təhlükəsizlik naminə birgə cavabdehlik" mövzusuna həsr olunan tədbir Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın nitqi ilə öz işinə başlayacaq.

Terrorizmlə mübarizə məsələlərinin də aktiv olaraq müzakirə ediləcəyi tədbirdə ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsində sədrlik növbəti altı ay üçün Belçikadan Bosniya və Herseqovinaya keçəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti