Bakıda iki polis qəzaya düşdü, biri ağır yaralandı

16-05-2015, 12:56
Oxunub: 757
Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər


Bakıda DİN əməkdaşı gecə saatlarında qəzaya düşüblər.

Nizami rayonu, Q.Qarayev prospektində bir neçə gün öncə baş verən qəzada 3 nəfər yaralanıb.

DİN Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun Mühafizə Şöbəsinin manqa komandiri. serjant, 1986-cı il təvəllüdlü Oqtay Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı sakini 1964-cü il təvəllüdlü Şahin İsmayılovun idarə etdiyi “Nissan” markalı maşın toqquşub.

Hadisə nəticəsində serjantın sərnişinləri “Azneftyağ”ın Mühafizə Şöbəsinin polisi, 1985-ci il təvəllüdlü Razim Şirinov, 1991-ci il təvəllüdlü Anar Yusifov və onun qardaşı, 1994-cü il təvəllüdlü Elnur xəsarət alıblar.

Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Polis R.Şirinovun vəziyyəti ilkin olaraq orta-ağır kimi qiymətləndirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti