Rus "ayı"-ları Britaniya sahillərində...

15-05-2015, 16:43
Oxunub: 498
Təyyarələrin hava məkanına indiki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta düşüb


Britaniya Kral Hərbi-Hava Qüvvələrinin "Typhoon" qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın “Ayı” şərti adı ilə tanınan "Tupolev-95" strateji bombardmançı təyyarələri yenə də Şotlandiya yaxınlığında qeydə alınıb. Sərhədin pozulması baş verməyib və iki Rusiya bombardmançı təyyarəsi təhlükə törətməyib.
Hərbi ekspertlərin fikrincə, Britaniya Rusiya təyyarələrinin belə “əzələ nümayişi”nə çoxdan öyrəşib. Təyyarələrin hava məkanına indiki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta düşüb.

Xatırladaq ki, NATO hazırda təlimlərə başlayıb və Rusiya tərəfindən tətbiq edilən “hibrid müharibə” taktikasına qarşı tədbirləri öyrənir (ANS PRESS).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti