II Avropa Oyunları Hollandiyada keçiriləcək

15-05-2015, 16:28
Oxunub: 306
Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb


II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

Bu barədə qərar Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib.

Belə ki, yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.

Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək. (Apasport.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti