Vyetnam prezidentini İlham Əliyev qarşıladı

14-05-2015, 12:29
Oxunub: 765
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam prezidentinə raport verib


Azərbaycana rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva Vyetnam prezidenti və xanımı May Thi Hanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Vyetnam prezidentinə raport verib.

Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Vyetnam prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Ç. Şanqa, Vyetnam nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti