Sərhəd Xidməti gecə "narkotik əməliyyatı" keçirdi

13-05-2015, 11:40
Oxunub: 618
Həşiş qətranının İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb


Azərbaycana 15 kiloqram narkotikin gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb, ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitə saxlanılıb.

Etatist.com DSX-ya istinadən bildirir ki, 10 may 2015-ci il tarixdə saat 00:45 radələrində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kq narkotik vasitə olan həşiş qətranının İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub.

Bundan başqa Horadiz sərhəd dəstəsinin Füzuli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində 10 may 2015-ci il tarixdə saat 01:50 radələrində DSX-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Saatlı rayon sakini, 1981-ci il təvəllüdlü Rüstəmov İlham Qardaşxan oğlu 3 kq marixuana ilə birlikdə saxlanılıb.

Qeyd olunan faktlarla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılmış şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti