Kerri Poroşenkoya zəng etdi

13-05-2015, 10:30
Oxunub: 731
Kerri telefon danışığında Poroşenkoya Putinlə görüşünün detallarını çatdırıb


ABŞ-ın Dövlət Katibi Con Kerri Ukrayna prezidenti Petro Poroşenkoya zəng edib.

Bu haqda məlumatı “korrespondent” saytı Poroşenkonun mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə, Kerri telefon danışığında Poroşenkoya Putinlə görüşünün detallarını çatdırıb.

Tərəflər söhbətləri zamanı Donbasdakı son qarşıdurmalardan narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Kerri Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Görüşdə Ukrayna münaqişəsinin həlli yolları müzakirə edilib. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti