Şimali Koreyanın müdafiə naziri zenit topu ilə öldürüldü

13-05-2015, 10:00
Oxunub: 1707
“Hərbi paradda yuxulamaqda” ittiham olunub


Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol izdiham qarşısında zenit topundan güllələnərək edam olunub.

Bu barədə “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi “hərbi paradda yuxulamaqda” ittiham olunub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında KXDR Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti