​Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

11-05-2015, 11:45
Oxunub: 789
Danışıqlar zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.

"Report"un RF-nın Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, N.Patruşev Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikası milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq. Danışıqlar zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurası katibinin həmçinin Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə də görüşü planlaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti