Kerri ilə Lavrov arasında vacib anlaşma

11-05-2015, 10:16
Oxunub: 767
"İkitərəfli münasibətlərin durumunu nəzərdən keçirmək üçün razılığa gəliblər"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri tezliklə şəxsən görüşmək haqda razılıq əldə ediblər. 

Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi məlumatında deyilir.

“Nazir və dövlət katibi yaxın zamanlarda görüşüb müxtəlif konfliktli situasiyaların həlli üzrə Rusiya və ABŞ-ın mümkün birgə addımlarını müzakirə etmək, həmçinin ikitərəfli münasibətlərin durumunu nəzərdən keçirmək üçün razılığa gəliblər” - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, danışıqlar zamanı Kerri Lavrovu faşizm üzərində qələbənin 70 illiyi münasibətilə təbrik edib və Rusiya xalqının, Sovet İttifaqının digər xalqlarının faşizmim darmadağın edilməsində nəhəng rolunu vurğulayıb.

Öz növbəsində Lavrov Rusiyanın Hitler Almaniyasına qarşı müttəfiqlərin birgə mübarizəsini həmişə əziz xatirə kimi andıqlarını diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti