360 nəfər prokuror olmaq istədi; 38-i bal topladı

8-05-2015, 16:28
Oxunub: 816
Ən yüksək nəticə 81,5 bal olub


Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb.

Bu barədə virtualaz.org saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriblər.

Xəbərdə deyilir ki, işə qəbul olmaq üçün ərizə təqdim etmiş 380 namizəddən 20 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 360 namizəddən isə yalnız 38 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 81,5 bal olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti