Etatist.com yeniliklərlə fəaliyyətə başladı - Video

8-05-2015, 15:43
Oxunub: 8039
"Gənclərin fəaliyyətinə dəstək məqsədi ilə reklam problemləri həll edilməlidir"


Etatist.com internet qəzeti artıq yeni dizaynda öz fəaliyyətini davam etdirəcək. Sayt buna görə bir neçə gündür fəaliyyətini dayandırmışdı.

Yeni dizaynla bərabər saytda bir neçə yenilik də olacaq. İnternet qəzetdə oxucu-mətbu orqan əlaqələrini irəli çəkmək, vətəndaş jurnalistikasına təkan vermək məqsədi ilə xüsusi bölmə (Xəbər yaz) yaradılıb ki, burdan oxucular şahidi olduqları hər hansı hadisə ilə bağlı və yaxud yazmaq istədikləri xəbəri elektron poçta yox, birbaşa saytın özünə yaza biləcəklər. Redaktorun təsdiqindən sonra xəbər saytda yayımlanacaq. Bunun üçün hər hansı qeydiyyat tələb olunmur.

Bundan başqa saytda yeni yaradılan “Oxucu köşəsi” vasitəsilə oxucular hər hansı xəbərə və ya yazıya öz münasibətlərini birbaşa sayta köşə yazısı kimi yaza biləcəklər. Həmin yazılar saytın köşə yazarlarının bölməsindən ayrı, “oxucu köşəsi” bölümündə olacaq.

Bütün yazılar redaktor tərəfindən yoxlanıldıqdan sonra saytda yayımlanacaq. Bu təcrübə dünya mətbuatında blog şəklində, qeydiyyatdan keçdikdən sonra olsa da Azərbaycan mətbuatında bir ilkdir.

Digər bir yenilik isə rusdilli oxucular üçün nəzərdə tutulmuş rus dilində Etatist.com-dur. Bu bölmədə də rus dilində xəbərlər, təhlillər və s. yayımlanacaq.

Saytın ümumi dizaynı ilə bərabər “Gənclik”, “Etatist TV” bölmələri də yenilənib.

Başqa bir yenilik yazılan şərhlərlə bağlıdır. Belə ki, oxucuların xəbərlərə və yazılara yazdığı şərhlər birbaşa ana səhifədə görünəcək. Bununla da oxucular hansı xəbərin daha çox maraq cəlb etdiyini asanlıqla görə biləcəklər.

"Bəzi hallarda reklam reytinq üzərində yox, başqa vasitələrlə həll edilir"


Yeniliklərlə bağlı açıqlama verən etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə bildirdi ki, son üç ildə Etatist.com-un fəaliyyəti xüsusi ilə gənclərin fikirlərini azad şəkildə ifadə etməsi istiqamətinə və yaradılan qəzetin oxucular tərəfindən qəbul edilməsinə hesablanmışdı: “Bu gün əminliklə deyə bilərik ki, biz sınaqlardan uğurla çıxdıq. Bizim komandamız özümüz tərəfindən seçilirdi. İndi biz bu komandanı daha da böyütmüşük. İşçilərimizin hamısı gəncdir. Bu isə hər zaman uğurlu yenilikdən tərəf olmağımız deməkdir. Biz hər zaman yenilik etmişik, bunu etməyə də davam edəcəyik. Ancaq müstəqil mətbuatda problemlər də mövcuddur. Xüsusilə gənclərin fəaliyyətinə dəstək məqsədi ilə reklam problemləri həll edilməlidir. Bəzi hallarda reklam reytinq üzərində yox, başqa vasitələrlə həll edilir. Bu da xoşagəlməz haldır. Ümid edirik ki, istər Mətbuat Şurası, istərsə də müxtəlif media qurumlarının rəhbərləri tərəfindən qaldırılan bu məsələ yaxın zamanlarda həll ediləcək. O, zaman media, vətəndaş dövlət münasibətlərinə olduqca müsbət təkan vermək imkanına sahib olacaq”.

Xatırladaq ki, “Etatist” qəzeti 2011-ci ildə təsis olunub. Bir müddət fəaliyyət göstərsə də sonradan fəaliyyəti dayandırılan qəzet 2012-ci ildə internet qəzet olaraq fəaliyyətini yenidən bərpa edib. O vaxtdan fəaliyyət gösətərən saytın özünün xüsusi oxucu kütləsi var.

Şərhlər : 9 Şərh yaz
Emioglu 8 may 2015 16:37  
Allah seni qorusun.sen cox gozel insansan . Islerinde ugurlar arzu edirem.Sayt heqiqetende Azerbaycan mediasinda ilk imza atdi. Tebrikler!!!
Orxan Yaquboğlu 9 may 2015 01:24  

Yeni işləriniizdə uğurlar sizə Şəhriyar bəy. Ayrıca saytınızın yeni versiyonunu çox bəyəndim əla alınıb. Ən önəmlisi isə gənclərə daha çox önəm vermisiniz. 

Faiq Azər 9 may 2015 01:27  

Uğurlar Etatist.com hər zaman sizi oxuyuram yenilik mənim üçündə xoş oldu. Əhsən !

Vüqar İsmayıl 9 may 2015 01:30  

Etatist.com -a başda Şəhriyar bəy olmaqla uğurlar diləyirəm. Xəbərin dolğun unvanı məhz sizsiz. Sizin saytı umumiyyətlə fəaliyyətinizi 1 ilə yaxındır izləyirəm bir dənə də olsun zorlama asılma kimi insan beyninə pis təsir edəcək xəbər görmədim. Eşq olsun !

Firuzə 9 may 2015 01:32  

Uğurlar hər zaman yenilikçi olan gənclərə . İnanın tam səmimi qəlbdən deyirəm siz daha artığına laiqsiniz. Çox bəyəndim uğurlar .

Turgut 9 may 2015 03:04  

Hər şey super . Sizin işlərinizi bəyənməmək mümkün deyil. Yaxında məndə köşəmi göndərəcəm sizə qəbul olunsa sevinərəm. Təbriklər uğurlar .

Eleddin Ehmedov 9 may 2015 12:49  

UGURLAR!

Ramal 9 may 2015 20:15  

Şəhriyar bəy çox gözəl bir addım atmısınız. İşlərinizdə hər zaman bol-bol uğurlar diləyirəm. Təbriklər!

gENC 14 may 2015 15:10  

Super!!!COX XOSDU. BIZI FIKIRLESDIYINIZ UCUN TESSEKURLER

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti